IQNA

 Amerikalı qadınların tərcüməsi İŞİD-in xoşuna gəldi

20:27 - December 17, 2019
Xəbər sayı: 3486326
İslam dinini qəbul etmiş üç amerikalı qadın Qurani-Kərimi İngilis dilinə tərcümə ediblər. Onların vəhabi əqidəsinə uyğun tərcüməsindən İŞİD terrorçuları öz təbliğat jurnallarında istifadə edirlər.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, illər öncə İslam dinini qəbul etmiş üç amerikalı qadın Qurani-Kərimi İngilis dilinə tərcümə ediblər.

Onların vəhabi əqidəsinə uyğun tərcüməsindən İŞİD terrorçuları öz təbliğat jurnallarında (Dabiq) istifadə edirlər.  

Səudiyyə Ərəbistanına səfər edən bu üç qadın vəhabiliyin təsiri altına fəaliyyət göstərirlər. Onlar Ərəbistanda sələfi-vəhabi əqidəsini təbliğ edən nəşriyyat təsis ediblər.

Emili Asami, Meri Kendi və Əmətullah Bentli üç rəfiqədirlər. Onlar Amerikanın Kaliforniya əyalətində yaşayırdılar. Emili 1970-ci illərdə ərəb bir kişi ilə evlənir və Dəməşqdə Ərəb dilini öyrənməyə başlayır. Sonradan Ərəbistanda səfər edən dostlar burada dini kitabların tərcüməsini çap və nəşr edən “Saheeh International” nəşriyyatını təsis edirlər.

https://iqna.ir/fa/news/3864446

captcha